Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Yenicag.az xəbər verir ki, söhbət zamanı Ermənistan-Türkiyə münasibətləri və regional məsələlər müzakirə edilib.
Paşinyan və Ərdoğan regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcəyini vurğulayıblar. Onlar bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini də qeyd ediblər.