Ərdoğanla Putin arasında telefon danışığı – Müzakirə mövzusu açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər telefon söhbətində Türkiyə ilə Rusiya arasında münasibətləri gücləndirəcək addımlardan danışıb.

Həmçinin, dövlət başçıları Azərbaycan-Ermənistan gərginliyini, Suriya və Liviyada yaranmış mövcud vəziyyəti müzakirə ediblər.