Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti sosial media hesabında qeyd edib.
Telefon danışığında HƏMAS-ın İsrailə hücumu müzakirə olunacaq.
Ərdoğan həmçinin BMT-nin Baş katibi Antonio Quterreşlə də telefonda danışacağını qeyd edib.