Ərdoğanla Putininin görüşəcəyi tarix açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə fevralın 14-də görüşəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan özü açıqlama verib.

Ərdoğan görüşün Soçi şəhərində keçiriləcəyini qeyd edib.

“Fevralın 14-də biz cənab Putinlə Soçidə görüş keçirəcəyik” – deyə Türkiyə prezidenti bildirib.