Ərdoğanla Tramp arasında kritik Kerç boğazı müzakirəsi – Prezidentlərin görüşü təsdiqləndi- VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, liderlər telefon danışığında Rusiya və Ukrayna arasında yaşanan gərginliyi müzakirə ediblər.

Ərdoğan Poroşenko və Putinlə apardığı telefon danışığı barədə Trampa məlumat verib.

Həmçinin iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirmək üçün G20 zirvəsində üz-üzə görüşlə bağlı razılığa  gəliblər.

Qeyd edək ki, bu gün  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Pyotr Poroşenko arasında da telefon danışığı olub. Baş verənlərlə bağlı narahatlığını dilə gətirən R.T.Ərdoğan böhranın həllinin vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, 25 noyabrda Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.

COP29