Ərdoğanla Tramp arasında telefon danışığı – Nəyi müzakirə etdilər?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp aradında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, prezidentlər arasında əsas müzakirə mövzusu ikitərəfli münasibətlər olub.

Həmçinin Suriyadakı son hadisələri müzakirə ediblər.

Hər iki liderin ticarət həcmini 100 milyard dollara qaldırmasında qətiyyətli olduqlarını da təsdiq ediblər.

Bildirilir ki, tərəflər Suriyanın İdlib şəhərində mülki şəxsləri qorumaq və yeni humanitar böhranların qarşısını almaq üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.