Ərdoğanla Tramp arasında telefon danışığı olub

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.

Onun sözlərinə görə telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələr müzakirə olunub.

Təxmin olunur ki, Ərdoğan – Tramp danışıqlarının əsas mövzusu Mənbic şəhərinin YPG/PKK terrorçularından azad edilməsi haqqında plan olub.