Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı Türkiyənin prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı Ərdoğan amerikalı həmkarını Suriyadakı kürd silahlı birləşmələrinə dəstəyə son qoymağa çağırıb.
Öz növbəsində Tramp Afrində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.