Ərdoğanla Zurabişvili arasında TELEFON DANIŞIĞI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Salome Zurabişvili arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Məlumata əsasən, telefon danışığı zamanı tərələr Türkiyə-Gürcüstan münasibətlərinin hazırkı vəziyyətini və regional məsələləri müzakirə ediblər.

T.Ərdoğan qeyd edib ki, Türkiyə və Gürcüstan bölgədə yaranan yeni imkanlardan istifadə edərək birgə enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi üzərində işə başlaya bilərlər.

Türkiyə Prezidenti həmçinin ölkədəki meşə yanğınları ilə əlaqədar başsağlığı və təbii fəlakətin nəticələrinin aradan qaldırılması zamanı göstərilən həmrəyliyə görə gürcüstanlı həmkarına təşəkkürünü bildirib.