!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğanın səfəri işğalçıya dəstək olan dövlətlərə mesaj xarakteri daşıyır” – Türkiyəli jurnalist

!Reklam – Yazi

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu dəfəki səfəri tam fərqli olacaq və bu tarixi, siyasi-strateji əhəmiyyət daşıyır”.

Yenicag.az xəbər ki, bu fikirləri türkiyəli jurnalist Ali Kan Ərdoğanın Azərbaycan səfərini şərh edərkən deyib.

Ali Kan bildirib ki, işğaldan azad edilən Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır: “Mən hesab edirəm ki, Şuşa yaxın gələcəkdə bütün türk dünyasının paytaxtına çevriləcək.

Ərdoğanın Şuşaya səfəri bu baxımdan da əlamətdardır. Bu səfər eyni zamanda işğalçıya dəstək olan bəzi dövlətlərə də mesaj xarakteri daşıyır.

Bundan başqa Ərdoğanın Azərbaycana səfəri çərçivəsində mühüm sazişlərin bağlanacağı bildirilir. Düşünürəm ki, bu müqavilələr iqtisadi sahə ilə yanaşı hərbi sahədə də olacaq və bunun iki ölkə arasındakı əlaqələrin bundan sonra daha da inkişaf etməsi üçün ciddi əhəmiyyət daşıyır. Ölkələrimizin liderlərinin bu gün atdığı addımlar iki qardaş ölkənin gələcəkdə da birlikdə addımlamasının qarantıdır”,-deyə Ali Kan əlavə edib.

Tanınmış jurnalist Qarabağın azad olunmasının onun ən müqəddəs arzularından biri olduğunu söyləyib.

“İllərdir mətbuat sahəsindəyəm. Mətbuatda fəaliyyətimin əsas istiqamətlərindən biri də Qarabağ mövzusu olub. Qarabağın səsini dünyaya çatdırmaq üçün yüzlərlə xəbər və reportaj hazırlamışam. Türkyənin nüfuzlu informasiya agentliklərində Qarabağ məsələsini, Xocalı soyqırımını diqqətdə saxlamışam. Bu gün sevincimin həddi-hüdudu yoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu işğal altında qalan Qarabağ torpaqlarını azad etdi. İşğalçı Ermənistan ordusu rəzil şəkildə məhv oldu. Ermənistanda on illərdir ki, erməni ordusu haqqında formalaşan “qəhrəmanlıq mifi” 44 günə puç oldu. Qarabağın azadlığı mənim həyatımın ən böyük sevinc və qürur mənbəyimdir”.

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv