“Ərəb baharı”nın “Dollar” versiyası -Misir saytından sensasiyalı analiz

Oil-CartoonArtıq “ərəb baharı” olmayacaq. Yenicag.az xəbər verir ki, bu barədə ərəblərlə amerikalıların birlikdə çalışdıqları düşüncə mərkəzləri yaydıqları analizdə bu barədə yazıblar. Misirin “Əl məcəllə əs-siyasiyyə” jurnalının saytında (siyasssa.org.eg) dərc olunan xəbərdə qeyd olunub ki, “ərəb baharı” gözlənilən effekti verməyib: “Çünki bu istənilən reaksiyanı vermədi. Proyekt tam əks effekt verdi. Xalq demokratik idarəretməyə hazır olmadığından ölkələrdə qanlı vətəndaş qarşıdurması başladı və hələ də onun təsirləri davam edir. Suriyada, Liviyada hələ də qanlı savaş gedir. Tunisdə, Misirdə demokratik yolla hakimiyyətə gələnlər devrildi. Qısacası, ərəb baharı ərəb qışına çevrildi və proyekt olaraq, özünü doğrultmadı”.

Lakin ərəb dövlətlərini və ümumiyyətlə, Qərbin maraq dairəsində olan ölkələri dizayn etmək istəyən qüvvələr yeni proyekti irəli sürüblər. Hazırki proyektə görə, hədəfdə olan ölkələrdə iqtisadi yollarla çevriliş cəhdləri gerçəkləşdiriləcək.

Ərəb saytı yazır: “O ölkələrə ki, ərəb baharı aparılmayıb, onlar iqtisadi cəhətdən xaosa sürüklənəcək. Bu ölkələr arasında postsovet ölkələri də var. Hansı ölkələrdə ki, korrupsiya, rüşvət, monopolizm və sosial ədalətsizlik var, həmin ölkələrdə bu prosses daha rahat şəkildə həyata keçiriləcək. Yəni, iqtisadi çöküş nəticəsində orta sinifin ortadan qaldırılması prossesi aparılacaq və nəticə etibarı ilə aşağılarla yuxarılar arasında balansı qoruyan təbəqə olmadığından iqtidarların özlərini qoruma gücü də aradan qalxacaq. Beləcə dəyişdirilməsi istənilən hökumətlərin kənar müdaxiləyə təzyiq gücü qalmayacaq”.

COP29