Reklam

Reklam

105365_res_01Ərəb Dövlətləri Liqasının (ƏDL) 25-ci Zirvə toplantısı nəticəsiz başa çatıb.

Yenicag.az report-a istinadən xəbər verir ki, bunu dövlət başçılarının görüşünün yekununu şərh edən ƏDL-in baş katibi Nabil əl-Ərəbi deyib.

Onun sözlərinə görə, sammitin gedişində Küveytin səylərinə baxmayaraq, ümumərəb maraqları və problemlərinin tənzimlənməsi ilə bağlı ərəb dövlətləri arasındakı fikir ayrılığını aradan qaldırmaq mümkün olmayıb: “Bununla belə, gələcək danışıqlar üçün müəyyən məsələlərin əsası qoyuldu”.

Küveytdə keçirilən ikigünlük sammitdə Suriyada siyasi vəziyyətin və Fələstin xalqının haqqı uğrunda mübarizənin tənzimlənməsinə dair ənənəvi yekun bəyanat qəbul olunub.

Ərəb liderləri İsrailin “yəhudi dövləti” adlandırılmasından da qəti şəkildə imtina ediblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."