!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərəb dünyasında parçalanma davam edəcək” – Politoloq

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı və daha bir neçə ölkənin Qətərlə siyasi-iqtisadi münasibətlərini kəsməsi ərəb dünyasında yeni parçalanma tendensiyası kimi qiymətləndirilir.

Yenicag.Az xəbər verir ki, Qətərin Bəhreyndə pozuculuq fəaliyyəti ilə məşğul olması və İranla məxfi münasibətlər qurması haqda irəli sürülən iddialar Yaxın Şərqdə yeni situasiya yaradıb.

Qeyd olunan səbəbləri əsas götürən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yəmən Qətərlə bütün əlaqələrin kəsildiyini bəyan ediblər. Eyni zamanda, Qətər vətəndaşlarının adları çəkilən ölkələri konkret müddət ərzində tərk etmələri tələb olunub.

Ərəb dünyasında yeni parçalanma mərhələsinə keçid kimi qiymətləndirilən bu proseslər Yaxın Şərq regionunda onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirib.

Ərəb dövlətlərinin Qətərə qarşı qərarlarını Yenicag.Az-a şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, sözügedən ölkəyə yönələn bu məhdudlaşdırıcı addımlar heç də əsassız deyil:

“Əvvəla onu qeyd edim ki, Səudiyyə başda olmaqla bir sıra ərəb ölkələrinin Qətərə qarşı bu addımlarının ABŞ prezidenti Donald Trampın regiona səfərindən bir qədər sonraya təsadüf etməsini nəzərdən qaçırtmaq olmaz. Zənnimcə, Trampın səfəri zamanı Qətərin ümumərəb maraqlarına zidd siyasətinin detalları ilə bağlı məlumatlar Səudiyyə Ərəbistanına təqdim olunub. O məlumatlar təhlil edildikdən sonra isə bu qərarlar qəbul olunub.

Mənə belə gəlir ki, Qətərin bu şəkildə küncə sıxışdırılmasında onun İranla məxfi əməkdaşlığa meyillənməsi həlledici rol oynayıb. Bildiyiniz kimi Bəhreynlə yanaşı Qətərdə şiələr əhalinin əhəmiyyətli hissəsini təşkil edirlər. Belə görünür ki, Qətərin timsalında məzhəbçilik düşüncəsi milli şüuru üstələyib.

Məsələyə regional kontekstdən baxdıqda, bu gedişatın Türkiyənin bölgədəki siyasətinə necə təsir göstərəcəyi maraq doğurur. Bəli, Türkiyə ilə Qətər arasında çox sıx münasibətlər qurulub. Ancaq nəzərə alaq ki, Türkiyənin Səudiyyə Ərəbistanı ilə münasibətləri daha geniş və daha yüksək səviyyədədir. O baxımdan, Ankaranın bu çərçivədə yürüdəcəyi siyasəti təxmin etmək çətin deyil”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

828
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv