PSJ-nin futbolçusu Lionel Messini Səudiyyə Ərəbistanın daha bir klubu transfer etmək istəyir.
Yenicag.az xəbər verir ki, “Əl-İttihad” 35 yaşlı hücumçu ilə maralqnır. Klubun argentinalı oyunçuya illik 350 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Əl-Hilal”ın Messiyə illik 300 milyon avroluq təklif göndərdiyi yazılmışdı.
Səudiyyə Ərəbistanı çempionatına transfer olarsa, Messi ən çox maaş alan futbolçu olacaq və “Əl-Nəsr”i yeni transferi Kriştiano Ronaldonun rekordunu qıracaq. /Yenisabah.az/