!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərəb Liqasının növbəti sammiti bu tarixdə keçiriləcək

!Reklam – Yazi

Ərəb Dövlətləri Liqasının (ƏDL) növbəti sammiti mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək.

Yenicag.az xəbər verir ki, bunu bazar günü təşkilatın baş katibinin köməkçisi Hüsam Zəki deyib.

“Mayın 19-da Səudiyyə Ərəbistanında Ərəb Liqasının 32-ci sammitinin keçiriləcəyi gözlənilir. Görüşün tarixi Ərəb Liqasının baş katibi Əhməd Əbu əl-Qeytin Krallığın hökuməti ilə məsləhətləşmələrindən sonra müəyyən edilib”, – deyə o, bildirib.

Onun sözlərinə görə, sammitdən əvvəl nazirlər səviyyəsində bir neçə hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Krallığın Xarici İşlər Nazirliyi Ər-Riyadın sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirsə də, dəqiq tarix məlum deyildi.

www.yenicag.az

388
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv