Ərəblər Bakıda qəzaya düşdü: iki ölü

e3848765714090fd66362cf088d48783Bakıda ağır yol qəzası baş verib.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonunda “Nissan” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Nissan”da olan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı 1975-ci il təvəllüdlü Suhail Saeed Raşeyed və 1986-cı il təvəllüdlü Lamees Zlad Mahmud Jbablı aldıqları xəsarətlərdən vəfat edib.

Onlarla birgə avtomobildə olan Şöhrət Abışov və “Mercedes”in sürücüsü Elçin Məmmədovla sərnişini Ayla Bəşirova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.