Əri ikinci dəfə evləndiyinə görə sirkə turşusu içdi

106125_res_01Kürdəmir rayonunun Xırdapay kəndində intihar hadisəsi baş verib.

Yenicag.az report-a istinadən xəbər verir ki, kənd sakini, 1993-cü il təvəllüdlü İlgül Hacıyeva evində sirkə turşusu içərək intihara cəhd edib.

Yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib. Xəstə avqustun 15-də Bakı şəhərində xəstəxanada dünyasını dəyişib. Hadisəyə ilkin səbəb kimi həyat yoldaşının ikinci dəfə ailə qurması göstərilir.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.