Reklam: High Technic
hightechnic

Əri “O” səhnələri qadağan etdi, ancaq… – Fotolar

18-pic4-452x302-67386Müğənni Rafet El Roman “Sen benimsin” serialı ilə aktrisalığa başlayan həyat yoldaş Ceren Kaplakarslana sevişmə və açıq-saçıq səhnələrdə rol almağı qadağan edib. Müğənni eyni zamanda çəkilişlərdə də həyat yoldaşını tək buraxmayaraq ona nəzarət edir.

YeniCag.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Rafet qadağa qoyması və nəzarətdə saxlaması haqda yayılan xəbərlərə sosial şəbəkədə aydınlıq gətirib:

“Bir neçə həftə öncə Bodrumda Hamdi Alkan ilə rastlaşdıq və ona Cerenin aktrisa olmaq istədiyindən söhbət açdıq. İki gün sonra Hamdi mənə zəng etdi və Cerenə uyğun “Sen benimsin” serialında rol olduğunu bildirdi.

Səhəri gün müqavilə imzaladıq və Ceren serialda rol almağa başladı. Açıq-saçıq və sevişmə səhnələrinin olmaması Cetenlə mənim ortaq qərarımızdır. Filmin prodüseri də bu istəyimizə hörmətlə yanaşdı.

Çəkilişlərin zamanına və saatına qarışmıram. Bununla bağlı həyat yoldaşıma qadağa qoymamışam, ona nəzarət etmək üçün çəkiliş meydançasına getməmişəm. İş həyatında bir-birimizə qarışmasaq da, hörmətsizlik edəcək hərəkətlərə yer vermirik. Haqqımızda hər hansı xəbər yaymamışdan əvvəl doğruluğuna əmin olun”.

Qeyd edək ki, cütlük 2013-cü ildə ailə qurub.

Könül

www.yenicag.az

576