!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ericsson və Nvidia da sərgidə iştirakdan imtina etdi - Koronavirus TƏHLÜKƏSİ

!Reklam – Yazi

Bu ayın sonunda Barselonada keçiriləcək MWC 2020 sərgisində koronavirus səbəbilə daha iki şirkət iştirak etməyəcək.

Yenicag.az xəbər verir ki, LG şirkətindən sonra Ericsson və Nvidia şirkətləri də bu qərarı elan ediblər.

“Biz, MWC-nin təşkilatçılarından biri olan GSMA-ya artıq bildirmişik ki, bu ilki sərgiyə öz əməkdaşlarımızı göndərməyəcəyik. Koronavirus səbəbilə əhali səhhətinə olan riskləri nəzərə alaraq əməkdaşlarımızın, partnyorlarımızın və müştərilərimizin təhlükəsizliklərinin təmin olunması bizim üçün əsas məqsəddir. MWC, dünyanın əsas texnoloji tədbirlərindən biridir. Biz, AI, 5G və vRAN sahələrində olan yeni texnologiyalarımızı sərgiləməkdən ötrü səbrsizlənirik. Təəssüf edirik ki, bu il gələ bilməyəcəyik. Lakin bizim fikrimizcə bu, düzgün qərardır” – deyə Nvidia şirkəti qeyd edib.

Ericsson şirkətinin təmsilçiləri qeyd ediblər ki, hətta riskin böyük olmadığı halda da onlar öz əməkdaşlarının və müştərilərinin təhlükəsizliklərinin təmin olunmasına zəmanət verə bilmirlər.

“Əməkdaşlarımızın, müştərilərimizin və bizim işimizdə maraqlı olan digər tərəflərin səhhətləri ilə təhlükəsizlikləri bizim üçün ən öndə gedən məqamdır. Bu qərarı biz heç də asanlıqla vermədik. Biz, MWC-də öz yeni məhsullarımızı sərgiləməkdən ötrü səbrsizlənirdik. Təəssüf hissi keçirdərək biz inanırıq ki, ən düzgün iş qərarı bu il sərgidə iştirak etməkdən imtinadır” – deyə Ericsson şirkəti bildirib.

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv