!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ərim mənə qadağa qoymur” - Günəş Mehdizadə - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

Yenicag.az-ın “Hər şeydən bir az” layihəsində söhbətə çəkdiyimiz növbəti qonaq gənc aktrisa Günəş Mehdizadədir.

Deydiyinə görə, yalnız sevdiyi insanlara güzəşt edir:

“Çox sevdiklərimə güzəştə gedirəm. Sevgi yoxdursa, o insanlara güzəşt etmirəm”.

Aktrisa bu peşənin adına ləkə gətirən həmkarları ilə də bağlı qalmaqallı fikirlər səsləndirib:

“Heç kimin ixtiyarı yoxdur ki, bu peşənin adını aşağı salsın. Heç kimin həyat tərzinə qarışmıram. Amma bizim adımızı ləkələməyin. Kimsə bu peşə ilə pul qazanır, kimsə populyarlıq istəyir”.

Günəş həyat yoldaşının ona qadağa qoymadığını da bildirib:

“Qadağalar olmur. Həyat yoldaşım qısqanclığını üzə vurmur. Məni olduğum kimi qəbul edir. Bilir ki, sərhədi keçmərəm”.

Videomüsahibəni təqdim edirik:

 

Cəvahir
Asli İsmayılzadə

www.yenicag.az

10344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv