Ərindən boşanan qadın intihar etdi

1100Ağdamda intihar hadisəsi qeydə alınıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Tərneft kəndindən məcburi köçkün, 1991-ci il təvəllüdlü İbrahimova Zənurə Araz qızı yaşadığı evdə özünü asıb.

Onun əsəb xəstəsi olduğu bildirilir.

Z. İbrahimova ailəli olub, iki ay əvvəl isə boşanaraq rayon ərazisində məcburi köçkünlər üçün salınan İmamqulubəyli-1 köçkün qəsəbəsində yerləşən ata evinə qayıdıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb.