Əri ilə sevgilisini hava limanında tutan qadın sərnişinlərin yanında onları döyüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə hava limanında olan digər sərnişinlər tərəfindən lentə alınıb. Qadın ondan xəbərsiz başqası ilə tətilə getmək istəyən ərini “iş üstündə tutub”. Əvvəlcə ərini vuran qadın daha sonra ərinin sevgilisinin saçından tutaraq hamının içində sürüyüb.
Qeyd edək ki, hadisə Kolumbiyanın Cos Maria Kordova beynəlxalq hava limanında baş verib.
Həmin anları təqdim edirik: