Yüksək səsdən narahat olan Teresa adlı qadın, şəxsi “facebook” səhfəsində maraqlı paylaşım edib.
Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, qadın, yemək yeyərkən yoldaşının yüksək səs çıxaran birinin videosunu davamlı olaraq izləməsinə əsəbləşib.
O, bundan sonra “facebook” vasitəsi ilə yoldaşını satışa çıxardığını qeyd edib: “Ərimin 33 yaşı var. Pulsuz satıram”.
Maraqlıdır ki, qadının ərinə kifayət qədər təklif göndərən olub.
Teresa, bu paylaşımı zarafatyana bir üslubda yazsa da, insanlar bu paylaşımı real qəbul ediblər.