Ərini öldürdü, arvadını isə… – Azərbaycanda dəhşətli cinayət

Abşeronda dəhşətli qətl törədilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə iki gün əvvəl rayonun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə qeydə alınıb.

Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Z. Sərxanova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib, və o saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Yenicag.az