!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ərinin keçmiş arvadı Naibəni RÜSVAY ETDİ: “Anam yaşındasan e...”

!Reklam – Yazi

Əməkdar artist Naibə Allahverdiyeva ilə ərinin keçmiş həyat yoldaşı Nərgiz Əliyeva arasında münaqişə getdikcə dərinləşir. Aktrisanın söylədikləri qarşı tərəfi özündən çıxarıb. Qeyd edək ki, aktrisa bunları deyib:

“Bu insan mənim qayınatama məxsus əmlaka sahib çıxmaq istəyir. Qanunla onun buna ixtiyarı yoxdur. Çünki o, 2013-cü ildə mənim yoldaşımdan boşanıb. O, saytlara açıqlama verib ki, guya mən onun ailəsini dağıtmışam. Amma onun özü mənim yoldaşımdan boşanıb. Mən ərimlə 2016-cı ildə Siyəzəndə, restoranların birində tanış olmuşam, ailə qurmuşuq”.

Yenicag.az-a açıqlama verən Nərgiz Əliyeva əsəbiləşib və əməkdar artistlə bağlı gizlinləri açıb-töküb:

“Naibə yalan danışır. Özünü təmizə çıxartmaq üçün belə yollara əl atmasın. Mən həyat yoldaşımdan 2013-cü ildə deyil, 2015-ci ildə boşanmışam. Ərim mənimlə ailəli ola-ola onunla görüşürdü. Hətta Naibəni klounluq etmək üçün uşaqlarımın bayram şənliyinə də aparıb. Yadınızdadırsa, bir müddət öncə Naibə əsəb xəstəliyindən müalicə olundu. Həmin vaxt keçmiş ərim onu döyərək, yorğan-döşəyə salmışdı. Hərçənd, bunu hamıdan gizlətdi. O dəfələrlə döyülüb, hətta oğlum bunun şahidi olub. Atasının yanına gedəndə görüb ki, Naibəni döyür. Uşaq dəhşət içərisində dedi ki, ana, səni necə vururdusa, o qadını da elə döyürdü. Naibənin rəfiqələri dəfələrlə ona desə də, o narkomandan ayrılmır”.

N. Əliyeva N. Allahverdiyevanın ona mesajlar yazdığını da deyib:

“Mənə yazırdı ki, ərim məni döyür, söyür, narkotikdən istifadə edir. Bu yaxınlarda da səs göndərdi ki, qoy ev satılsın, o pulla ərim özünə iş qursun, avtomobil alsın, sonra yaxşı qazanc əldə edəndən sonra sənə və uşaqlarına kömək edəcək. Bu adam mənimlə evli ola-ola uşağına bir çörək almırdısa, pulunu narkotikə verirdisə, boşanandan sonra mənə heç baxmayacaq. Naibə mənim əlimdən pullu, varlı kişini yox, sadəcə, narkomanı alıb. Əslində mənim Naibə ilə düşmənçiliyim olmayıb. Sadəcə, işimə qarışmasın. O evdə balalarımın haqqı var, onların haqqına girməsin. Elə etməsin ki, göndərdiyi səs yazısını üzə çıxardım. Anam yaşındasan, mənimlə kişi davası edirsən?”

Qeyd edək ki, Naibə Allahverdiyeva “APA TV”-nin “Show time” verilişində qonaq olarkən həyat yoldaşının keçmiş xanımı barədə ittihamlar səsləndirib.

Cəvahir

www.yenicag.az

4989
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv