Türkiyənin Sakarya şəhərində ağır yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində Hatice Bıçakçı və Zeyep Yapan həlak olub, daha 7 nəfər isə yaralanıb.
Bildirilir ki, Zeynep Yapan il yarım öncə xərçəng xəstəliyindən vəfat edən ərinin məzarını ziyarət etməkdən gəlirmiş. O, ərinin məzarının yerləşdiyi qəbiristanlıqda torpağa tapşırılacaq.