!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərkan Özoraldan bayram təbriki: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı, yaşasın Cümhuriyyət!" - VİDEO

!Reklam – Yazi

Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoral qardaş ölkənin Cümhuriyyət Bayramı münasibətilə təbrik videosu ilə çıxış edib.

Yenicag.az səfirin təbrik mətnini ve videonu təqdim edir:

“Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Qurtuluş Savaşını taclandıran Cümhuriyyətin quruluşunun 97-ci il dönümünü böyük coşqu və sevinclə qeyd edirik.

100 il əvvəl Qurtuluş Savaşında Anadoluya ən böyük kömək qardaş Azərbaycandan gəlmişdi. O zaman ölkələrini tərk etmək məcburiyyətində qalmış çoxlu azərbaycanlı aydın da Türkiyəni vətənləri kimi görüb Cümhuriyyətinin quruluşuna önəmli töhfə vermişdilər. Bu gün də Azərbaycan işğal altındakı toraqlarını azad etmək üçün böyük qurtuluş mübarizəsi aparır. Cümhuriyyətin bizə qazandırdıqları sayəsində dünyanın ən güclü ölkəsinə çevrilmiş Türkiyə bu haqlı mübarizəsindən can Azərbaycanın yanında yer alır. Hamımızın ürəyi Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldıqları yurd-yuvalarına geri dönmələri üçün döyünməkdə, əldə edilən hər zəfərdə sevincimiz göz yaşımıza qarşımaqdadır.

Bu böyük il dönümündə Cümhuriyyəti bizə ərməğan edən Qazi Mustafa Kamal Atatürk və silahdaşları ilə Türkiyə və Azərbaycanın qurtuluşu, təhlükəsizliyi və rifahı uğrunda həyatını fəda edən bütün şəhidlərimizi, Cümhuriyyətimizə xidmət edənləri rəhmət və şükranla anırıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı, yaşasın Cümhuriyyət!”

www.yenicag.az

783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv