Erkən seçkilər üçün ƏLVERİŞLİ MÜHİT: “Prezident İlham Əliyev yayılan bu fikirlərə, yəqin ki…”

“Həm Vətən müharibəsi, həm də sonrakı dövrlərdə qazandığımız qələbələrin möhkəmləndirilməsi lazımdır”.

Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən səbəbləri ictimaiyyətə açıqlamaması barədə səsləndirilən iradlara münasibət bildirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.Onun fikrincə, prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi zərurəti haqda cəmiyyəti daha aydın şəkildə məlumatlandıracaq:

“Lakin bildiyimiz kimi, istər regionda, istərsə də beynəlxalq mühitdə gərgin geosiyasi proseslər gedir. Bu proseslər fonunda növbədənkənar seçkilərin keçirilməsi vacib idi.

Çünki həm Vətən müharibəsi, həm də sonrakı dövrlərdə qazandığımız qələbələrin möhkəmləndirilməsi lazımdır. Yəni növbədənkənar prezident seçkiləri haqda qərarın bu zərurətdən verildiyinə dair fikirlər mövcuddur.

Seçkilərin keçirilməsi üçün əlverişli mühit yaradıldıqdan sonra prezident İlham Əliyev yayılan bu fikirlərə yəqin ki aydın formada şərh verəcək”.

Nəsimi Ələsgərli

COP29