Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Ərli aparıcıdan SƏMİMİ ETİRAF: "Sevgi mesajlarını dərhal silirəm, çünki..."

Tanınmış aparıcı Aytəkin Mərdanova sosial şəbəkələrdə paylaşımlarına yazılan xoşagəlməz şərhləri sildiyini bildirib.

Yenicag.az-a açıqlama verən aparıcı həmin şərhlərİ cavabsız qoyduğunu da deyib:

Hansısa fotomu paylaşıram, bəzi insanlar başlayırlar söz atmağa ki, bu aparıcıdan xoşum gəlmir, geyimimi, özümü müzakirə edirlər. Hətta məni hirsləndirsə də belə, həmin adamlara cavab vermirəm, xoşlamadığım şərhləri dərhal silirəm. Bəzi insanlar var e, cavab yazır, əsəbiləşir, mən yox, sosial şəbəkədə şərh davasına çıxmağı sevmirəm. Bəzən fotolarımı hansısa səhifələr paylaşır, başlayırlar məni müzakirə etməyə. Dəfələrlə yazıblar ki, bu aparıcını bəyənmirəm. Həmin rəyləri silə bilmirəm, amma normal qarşılayıram”.

Aytəkin ona edilən sevgi etiraflarından da danışıb:

“Sevgi mesajları da yazanlar çox olur. Yazıb, sevgi etirafları edirlər. Heç birini saxlamıram, silirəm.Çünki ailəli xanımam, onlara nə cavab verəsiyəm ki?Cavab vermək fikrində də deyiləm”.

Cəvahir

Loading...

www.yenicag.az

1000