Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Erməni ailəsinin Azərbaycandakı biznesi - VİDEO

Reklam: Sinerji Pro

“GN Tobacco Sweden” şirkətinin məhsulları Azərbaycanda satılır.

Yenicag.az-ın məlumatına görə, İsveçdə yaşayan həmyerlilərimizin köməyi ilə aparılan araşdırmalardan sonra məlum olub ki, şirkətin rəhbəri Gevorq Nalbandyandır.

Tütün biznesi erməni ailəsinə 1937-ci ildən qalıb. Gevorq Nalbandyan şirkətin İdarə Heyətinin sədridir. İH digər üzvləri isə onun həyat yoldaşı Antonina və oğlu sergeydir.

ARB TV-nin araşdırmaları nəticəsində məlum olub ki, adıçəkilən şirkətin məhsulları Azərbaycan bazarında da satılır. Belə ki, tütün məhsullarının satışı ilə məşğul olan hər obyektdə “GN Tobacco Sweden” brendi altında istehsal olunan məhsullara rast gəlmək olar. Söhbət “Siberia”, “White Fox” və “Odens” kimi markalardan gedir.

İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyev bildirib ki, Gevorq Nalbandyan Qarabağdakı separatçılara maddi yardım göstərir. Ümumiyyətlə, o, İsveçdə aktiv olan erməni lobbisinin aktiv üzvlərindən biridir.

Bəs bu məhsullar Azərbaycana necə yol tapır? Bu sual üzərində başda Dövlət Gömrük Komitəsi olmaqla bütün dövlət qurumları ciddi düşünməlidirlər!

www.yenicag.az

2545
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM