!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni baş nazirdən aprel etirafı: “Yüzdən çox hərbçimiz ölüb”

!Reklam – Yazi

Ermənistanın baş naziri Karen Karapetyan ölkə parlamentində sensasion bəyanatla çıxış edib.

AzVision.az-ın “Jovohurd” nəşrinə istinadən verdiyi xəbərə görə, baş nazir bildirib ki, aprel döyüşləri zamanı Ermənistan ordusunun yanacaq problemi olub.

Onun sözlərinə görə, yanacaq problemi olduğu üçün hərbçilər hərbi texnikanı işə sala bilməyiblər: “Sən demə dizel yanacağına kerosin qatılırmış və bazarda pis keyfiyyətdə yanacaq satılıb. Apreldə baş verən müharibə zamanı bizim texnikanın məhz bu səbəbdən işləməməsinə dair xeyli fakt var”.

Nəşr yazır ki, məhz bu fırıldaqçılıq nəticəsində Ermənistan aprel döyüşlərində 100-dən artıq hərbçini itirib: “İndi sual yaranır niyə bu məsələ ilə bağlı cinayət işi başladılmayıb və ümumiyyətlə buna görə məsuliyyət kimin üzərinə düşür”.

Yeniçağ.az

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv