Ermənistan boksçuları gələn il Bakıda keçiriləcək olimpiya reytinqli turnirdə iştirak edəcəklər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki. Ermənistan boks federasiyasının prezidenti Artur Gevoqryan gələn il martın 1-də Bakıda baş tutacaq turnirdə medal qazanmağa ümidli olduqlarını deyib.
“Bu turnir bizim üçün çox vacibdir. Bakıda medal qazanmalıyıq ki, Rio Щlimpiadasına lisenziya qazanaq” – deyə federasiya rəhbəri deyib.
Ermənistan boksçuları sonuncu dəfə 2015-ci ilin iyununda keçirilən I Avropa Oyunlarında Bakıya gəlmişdilər.