Erməni deputat Rusiya səfirinə çəmkirdi: “Ölkəsi Xankəndi yolunda biabır olur”

Ermənistan Milli Məclisinin “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı Vigen Xaçatryan  Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinə müraciət edib.

O, rusiyalı diplomata Şuşa-Xankəndi yolunda yaranmış vəziyyətlə bağlı Laçına getməyi tövsiyə edib.

“Qoy buradakı Rusiyanın səfiri Laçına getsin, ölkəsi orada rüsvay olur”, – deyə erməni deputat Ermənistan parlamentinin iclasında bildirib./Oxu.az/