Erməni deputatlar Aren Mkrtçyan və Arkadi Tamazyan bir-birini söyüb hədələyiblər.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, dekabrın 5-də Alaverdi şəhər bələdiyyəsinin iclası keçirilib. İclasda Ağsaqqallar Şurasının “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri şəhər meri Arkadi Tamazyan etimadsızlıq göstəriblər.
Bayırda isə Alaverdi şəhərinin sakinləri meriya binasının qarşısında bələdiyyə sədrini müdafiə məqsədilə etiraz aksiyası keçirirlər. Polis etirazçıların meriyaya daxil olmasına icazə vermir.
İiclas pozuntu ilə başlayıb, səsvermə də artıq keçirilib.
“Həyat üçün ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan jurnalistlərə səsvermənin baş tutduğunu göstərmək üçün qutunu götürüb. Bundan sonra mübahisə başlayıb və əlbəyaxa davaya çevrilib. Polis Arakelyanı zaldan çıxarıb.
Qutuda insidentlə əlaqədar səsvermənin etibarsız hesab edilərək yenidən keçirilməsi təklif olunub.
İclas zalında hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Aren Mkrtçyanla Tamazyan arasında mübahisə yaranıb, təhqirlər səsləndirilib. Polislər Tamazyanı da zaldan çıxarıblar.
“Ayıb olsun, Mkrtçyan, sözünə görə cavab verəcəksən. Sənin kimi birinin deputat seçilməsi ayıbdır”, – Arkadi Tamazyan Aren Mkrtçyana səslənib.
Cavabında Mkrtçyan deyib: “Məsələləri həyasızlıqla həll etmək olmaz, gəl, çıx buradan”.
Tamazyan cavabında onu ölümlə hədələyib: “Həddini aşma, alçaq, səni öldürəcəm, ey əclaf”.
Bundan sonra Tamazyanın səhhəti pisləşib və təcili yardım gəlib.
Qeyd edək ki, dekabrın 5-də Alaverdidə Ağsaqqallar Şurasının növbədənkənar iclası çağırılıb. Şuranın 27 üzvündən 14-ü iclasda iştirak edib. “Həyat üçün ölkə” fraksiyasının üzvü Arkadi Tamazyana etimadsızlıq səsverməsi keçirilib, bundan sonra David Qumayan mer seçilib.
Xuraman Etibarlı