!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni deputatlar qadın həmkarlarını sürüdülər - VİDEO

!Reklam – Yazi

Ermənsitanın paytaxtı İrəvanda şəhər şurasının iclası zamanı dava düşüb.

Yenicag.az xəbər verir ki, İrəvanı bürüyən pis qoxudan şikayətçi olan deputatlar və müxalif fraksiyanın nümayəndələri meriya binasına kanalizasiya suyu gətiriblər.

Şəhərdəki pis qoxudan şikayət edən sakinləri müdafiə edən müxalifət fraksiyanın nümayəndələri bu bankaları şəhər meri Taron Marqaryana təqdim etmək istəyərkən onların qarşısı alınıb. Nəticədə hakim respublikaçılar partiyasından olan deputatlar və şəhər merinin əməkdaşları ilə şikayətçilər arasında qarşıdurma baş verib. Qarşıdurma nəticəsində bankalarda olan kanalizasiya suyu iclas zalına dağılıb və üfunət iyi ətrafı bürüyüb.

Hakim Respublikaçılar partiyasının deputatları və meriyanın əməkdaşları etirazçıların üzərinə hücum ediblər. Hətta kişi deputatlar və meriya işçiləri müxalif fraksiyadan olan qadınlara əl qaldırıblar. Deputatlardan biri qadın həmkarını zorla sürüyərək iclas zalından çıxarıb.

www.yenicag.az

4202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv