Ermənistan parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndəliyinin rəhbəri, Respublika fraksiyasının üzvü Armen Aşotyan və deputat, “Elk” fraksiyasının üzvü Mane Tandilyan Bakıya gəlib.
Yenicag.az xəbər verir ki, nümayəndəlik Avronest PA-nın sosial, təhsil və mədəniyyət məsələləri üzrə kimissiyası tərəfindən təşkil edilən forumda iştirak edəcək.
Məlumata görə, tədbir qadın sağlamlığı məsələləri və gender bərabərliyinin təşviqinə həsr olunub.
Onlar tədbirdən öncə özlərinə içki məclisi də qurmağa imkan tapıblar.