“Erməni diasporu Karine Avetisyanın yatağından Başqırdıstanın idarəçiliyinə “sızıb” – Alfiya Uzanbayeva

“Başqırdıstanda keçirilən tenderlərin 80 faizini ermənilərə məxsus şirkətlərə verilir”.

Başqırdıstanın nüfuzlu ictimai xadimi, hüquq müdafiəçisi Alfiya Uzanbayeva Yenicag.ru-ya geniş müsahibəsində respublikanın rəhbəri Radi Xabirovun həyat yoldaşı Karine Avetisyanın erməni diasporu üçün bütün “qapıları açdığını” bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə Başqırdıstandakı erməni diasporu Avetisyanın sayəsində geniş şəbəkə qurmağa nail olub:

“Başqırdıstandakı erməni diasporu yerlərdəki güc strukturlarının sıravi və rəhbər heyətini, o cümlədən, rayon rəisləri ilə inzibati başçıları havayı yemləmək üçün paytaxt Ufanın əsas yollarının kənarında çox sayda kafe, başqa obyektlər açıb. O boşboğaz rəislər erməni informasiya kəşfiyyatına məxsus o obyektlərdə Başqırdıstana aid məlumatları çərənləyirlər. Həmin informasiyaların yazılaraq, sonra da “xüsusi xidmət”ə ötürülməsi ehtimalı çox yüksəkdir. Bu düşüklər onlara verilən donuz kababını, lap müftə zibili də çox sevirlər. Əks halda, Ufa küçələrindəki Kremlə yaxın bir ölkənin kəşfiyyat məntəqələri çoxdan yığışdırılardı.

Beloretskin Maqnitoqorsk istiqamətində çıxış yolundakı dağda yerləşən kafenin önündə regionda hökmranlıq edən “Maqnitka”nın hakim məmurları ilə kriminal elementlərə məxsus bahalı avtomobilləri dayanır. O kafe də məlumat alınması üçün istifadəolunan obyektdir. Maqnitoqorskda həm də böyük erməni kilsəsi tikilib. Aydın məsələdir ki, o kilsədə alınmış məlumatlar “emal edilir”. Qeyd olunan kafelərdə toplanan məlumatlar erməni diasporunun nümayəndələrinə ötürülür. Onlar bununla məmurların hərəkət trayektoriyasını öyrənir, lazım olan” məmuru harada və necə tapacalarını müəyyənləşdirirlər. Təsəvvür edin ki, heç yerli ruslara da bu qədər kafe, obyekt açmağa imkan verilmir.

Başqırdıstanda keçirilən tenderlərə yerlilər buraxılmır. Ona görə də, tenderlərin 80 faizini ermənilərə məxsus şirkətlər “udur”. Bu rəqəmi onların özləri deyirlər. Görünür, buna son qoymaq üçün erməni lobbisini “təmizləmək” lazımdır. Necə ki, bunu Rusiyanın yeni baş prokuroru Krasnov edir. O, vəzifəyə təyin edildiyi 2 gün ərzində 20 nəfəri işdən qovdu.

Xatırladım ki, Xabirov seçki kmpaniyası vaxtı Ufad a”Ər-Rəhim” məscidinin tikiləcəyini bəyan etmişdi. Ancaq məscid yerinə erməni kilsəsi tikməyə başladılar və onun inşası indi də sürətlə aparılır. Məscid tikintisindən isə səs-səmir yoxdur. Yeri gəlmişkən, fkirləşirəm, bəlkə tikilməkdə olan o kilsə məscidə çevrilsin? Axı Avropada da məscidləri kilsəyə çevirmək təcrübəsi mövcuddur.

Baxın, erməni diasporu Başqırdıstanda nə qədər geniş imkanlar əldə edib. Bu barədə Qrişa Qorovoy özünün 8 dəqiqəlik “Başqırdıstanda erməni məsələsi” adlı videomaterialında bunun səbəblərinə dəqiq toxunub. Qorovoy deyir ki, erməni diasporu Karine Avetisyanın yatağından Başqırdıstanın idarəçiliyinə “sızıb”.

Əlbəttə, Başqırdıstan hökumətinin bu məsələləri görməzdən gəlməsi adamı heyrətləndirir. Sanki, bu, bir müstəmkləkə hökumətidir”.

Qafqaz Ömərov