Erməni əsgər xidmət yoldaşını Azərbaycan hərbçisi hesab edərək ÖLDÜRDÜ 

Bu gün Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanla sərhədə yaxın yerləşən hərbi hissələrindən birində hərbi qulluqçu cəsədi tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb.

İlkin məlumata görə, 30 sentyabr 2022-ci il tarixdə saat 23:40 radələrində hərbi hissənin döyüş mövqeyində xidmət edən erməni əsgər ayaq səslərini eşidərək yaxınlaşan şəxsin Azərbaycan silahlı qüvvələrinin hərbçisi olduğunu düşünüb. Daha sonra o, “AKM” tipli avtomatdan atəş açaraq xidmət yoldaşını öldürüb.

Atəş açan şəxs həbs edilib./Modern.az