Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Erməni əsgərdən ETİRAF - Terminator kimi üstümüzə gəlirdilər, bacarmaq mümkün deyildi

Azərbaycan əsgərləri ilə döyüş zamanı elə təəssürat yaranırdı ki, sanki dəniz dalğaları ilə mübarizə aparırıq”.

Yenicag.az xəbər verir ki, bunu erməni əsgərləri Rusiya mətbuatına müsasibəsində deyib.

Erməni əsgərlərdən biri azərbaycanlı döyüşçülərin yaylım atəşindən də qorxmadıqlarını bildirib:

“Mən topçu kimi xidmət göstərirdim. Vəzifəm hədəfə olan məsafəni, koordinatları təyin etmək idi. Elə təəssürat yaranırdı ki, sanki dəniz dalğası ilə döyüşürük. 400 nəfərdən ibarət kolonu görüb atəş açırdıq. Amma onların ardınca iki dəfə çox qüvvə gəlirdi. Əsgərin çiyninə güllə dəyir, o isə bunu hiss etmir. Terminator kimi üzərinə gəlməkdə davam edir. Əlbəttə, bu cür qüvvəyə qarşı tab gətirmək mümkün deyil”./Trend/

www.yenicag.az

353