Erməni əsgərlərinin olduğu yük maşını dərəyə aşdı

136241_res_01Ermənistan ordusuna məxsus yük maşını Ararat vilayətində dərəyə yuvarlanıb.

AzVision.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, faktı Ermənistan polisi də təsdiqləyib.

“Ural” markalı yük maşının dərəyə yuvarlanması nəticəsində bir erməni hərbçisi ölüb, bir neçə hərbçi isə yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.