Erməni faşizminin törəməsi “Sasna Srer” – VİDEO

“Caliber” “YouTube” kanalında erməni faşizmi və onun təcəssümü olan “Sasna Srer” təşkilatı barədə videosujet yayımlanıb.

Süjetdə qurumun tarixi kökləri və fəaliyyəti haqqında maraqlı məlumatlar verilir. Bildirilir ki, “Sasna Srer” öz adını orta əslərin erməni eposu olan, ərəblərə qarşı vuruşmuş Sasunlu David və onun silahdaşlarının mübarizəsini əks etdirən əsərdən alıb.

Xalq arasında bu epos məhz “Sasna Srer” – yəni “Sasunlu qəhrəmanlar” adlanır. Təşkilatın ideologiyası XIX əsrin mağara millətçiliyidir. Onun özəyini isə hələ birinci Qarabağ müharibəsində “qəhrəmanlıqlar” göstərmiş erməni terrorçuları təşkil edir.