ABŞ-ın Los-Anceles dairəsinin 5 sakini tibbi sığortalardan istifadə etməklə fırıldaq sxemində iştirakda ittiham olunurlar.
Yenicag.az xəbər verir ki, ittiham olunanlardan 3-ü ermənidir.
Harri Cizmedyan, Marina Sarkisyan və Lusine İlanqezyan 8 milyon dollarlıq zərərin qiymətləndirildiyi fırıldaqçılıq işində əlbir olublar.
Fırıldaqçılar müştərilərə onların sığortası haqqında informasiyanın müqabilində tibbi sığortası olmayan pulsuz kosmetik prosedurlar təqdim ediblər.