Müdafiə Ordusunun keçmiş komandanı general-leytenant Cəlal Arutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məhkəmənin qərarına əsasən məlumat yayıb.
Qeyd edək ki, dövlət ittihamçısı Arutyunyanın 6 il, zərərçəkən tərəf isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Onu da qeyd edək ki, Sünik vilayət ümumi yurisdiksiya məhkəməsi hakim Qarik Abelyanın sədrliyi ilə keçirilən prosesdə Cəlal Arutyunyan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib.