Erməni general və iki polkovnik həbs edildi

13285751_10209757499080856_29879145_nAprel döyüşlərindən sonra vəzifələrindən azad olunan Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın İstintaq Komitəsinın rəhbəri Sona Truzyan deyib. O, qeyd edib ki, həbslər iki müxtəlif cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib:

“Söhbət aşağı keyfiyyətli malların alınması, bəzi hallarda şişirdilmiş qiymətə alınması faktları ilə bağlı qaldırılmış cinayət işlərindən gedir”.