Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanətdə şübhəli bilinən hərbçini saxlayıblar.
Yenicag.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin 2021-ci ilin avqust-noyabr aylarında elan etdiyi 3 aylıq təlimlərində iştirak edən əsgər E.A. “Facebook” və “WhatsApp” tətbiqləri vasitəsilə xaricə məlumat ötürüb.
Belə ki, o, sosial şəbəkələr vasitəsilə qarovulda olan şəxsi heyətin sayını, silah-sursat, onlarda xidmət qaydası barədə dövlət və xidmət sirri təşkil edən məlumatları pul müqabilində xarici kəşfiyyatla bölüşüb.
Ermənistan MTN-nin istintaq şöbəsində başlanmış cinayət işi çərçivəsində əsgər E.A həbs edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir./Unikal/