Bəzi məlumatlara görə, Tavuş hərbi hissəsinin bəzi istehkamçıları bu bölgədə demarkasiya və sərhədin müəyyənləşdirilməsi işlərində, xüsusən də mina sahələrinin minalardan təmizlənməsində iştirakdan imtina ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qəzet yazır ki, Tavuşda xidmət edən istehkamçılar bu ərazilərdə mina təmizləmə işlərindən imtina ediblər deyə, Müdafiə Nazirliyinin rəhbərliyi digər bölmələrin əməkdaşlarını da proseslərə cəlb etməli olub.
Nəşrin məlumatına görə, bu işləri Eçmiədzin alayının istehkamçıları həyata keçirib.
“Onu da öyrəndik ki, Tavuşda yerləşən 3-cü ordu korpusunun komandiri polkovnik Aleksandr Tsakanyana Tavuş torpaqlarının minalardan təmizlənməsi əməliyyatı uğurla başa çatdıqdan sonra general rütbəsi vəd edilib”, – deyə qəzet yazıb.
Rafi Müslümov