Erməni hərbçilərin təlimi niyə 15 gün uzadılır?

Ermənistan Silahlı Qüvvələrində 2024-cü ilin yay çağırışı daha 15 gün uzadılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.

Bildirilib ki, təlimlər avqustun 15-dək davam edəcək: “İyunun 24-dən iyulun 31-dək nəzərdə tutulan çağırış müddəti uzadılıb, çünki bəzi çağırışçılar hələ də tam tibbi müayinədən keçməyiblər. İyulun 15-dən etibarən hərbi xidmətə çağırılan xeyli sayda vətəndaşın tibbi müayinədən keçirilməsi davam etdirilir və bu barədə hökumətin qərarı ilə müəyyən edilmiş müddətdə adları çəkilən vətəndaşların hamısının müayinə və tibbi müayinədən keçirilməsi mümkün olmayacaq”./unikal

COP29