Erməni hərbçinin meyiti təhvil verildi

BQXK meyiti verdi 20Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası daha bir Ermənistan hərbçisinin qarşı tərəfə verilməsi ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və 11 aprel 2016-cı il tarixdə Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı meyiti tapılmış bir Ermənistan hərbçisinin nəşi aprelin 20-də qarşı tərəfə verilib.

İnsidentsiz keçən proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.