Erməni hərbçisi öldürüldü

ermeni_itki_esger1Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan ordusunun açdığı cavab atəşi nəticəsində erməni hərbçisi Simon Çavrşyan (1996) ölüb.