Erməni hərbçi özünü güllələdi

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu özünü güllələyib.

Yenicag.az erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində baş verib.

Qeyd olunur ki, Geqam Xaçatryan adlı hərbçi özünə təhkim olunmuş pulemyotdan açılan atəş nəticəsində həlak olub.

Hadisə ilə bağlı cinayət işi açılıb./Trend/